logo
Şahin Mahmudzadə Pekində qlobal forumda çıxış edib

Şahin Mahmudzadə Pekində qlobal forumda çıxış edib

Şahin Mahmudzadə Pekində qlobal forumda çıxış edib Şahin Mahmudzadə Pekində qlobal forumda çıxış edib

Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən “Qlobal Cənub Maliyyəçiləri Forumu 2026” tədbirində açılış nitqi ilə çıxış edib.

O, iqlim dəyişikliyi ilə mübarizədə koordinasiyalı yanaşmanın və maliyyə sektorunun rolunun həlledici əhəmiyyət daşıdığını vurğulayaraq yaşıl transformasiyanın artıq seçim deyil, zərurət olduğunu qeyd edib. Baş direktor Mərkəzi Bank tərəfindən dayanıqlı maliyyə ekosisteminin formalaşdırılması və maliyyə institutlarının dayanıqlılığının artırılması istiqamətində həyata keçirilən təşəbbüslər barədə danışıb. O, “Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi: 2023-2026” və Yaşıl taksonomiyanın tətbiqi, ekoloji, sosial və idarəetmə (ESİ) risklərinin tənzimləyici çərçivəyə inteqrasiyası və maliyyə institutlarının dayanıqlılığının artırılmasına dair görülən işləri diqqətə çatdırıb.

Beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayan Şahin Mahmudzadə beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçirilən qlobal taksonomiyaların uyğunlaşdırılması və müqayisəliliyinin artırılmasına yönəlmiş təşəbbüsü diqqətə çatdırıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin