https://innews.media/uploads/news/2026-03/_innews_2da70beca4c50fda5cb2042f4_o.jpg
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev martın 31-də vətəndaş qəbulu çərçivəsində Xankəndi şəhərinə səfər edib.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında məskunlaşdırılan sakinlərlə görüşən Komitə sədri vətəndaşların torpaq və digər daşınmaz əmlak üzərində hüquqları, yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin layihələndirilməsi, eləcə də tikinti və istismara icazə prosedurları ilə bağlı müraciətlərini dinləyib, aidiyyəti üzrə göstərişlər verib.
Qəbul zamanı həmçinin Komitə tərəfindən istifadəyə verilmiş elektron icazə sistemi (e-tikinti.gov.az) barədə ətraflı məlumat verilib, bu sahədə şəffaflığın və operativliyin artırılmasında portalın üstünlükləri diqqətə çatdırılıb.