https://innews.media/uploads/news/2026-03/_innews_840fbb5ece650befaa29058ad_o.jpg
Azərbaycan İdman Akademiyası (ASA) 2026-cı ilin yaz və yay ayları üçün “Qonaq alimlər” proqramına müraciətlərin qəbulunu elan edib.
Proqram ASA-nın dinamik akademik mühitində intellektual mübadilənin, fənlərarası əməkdaşlığın və elmi tədqiqat fəaliyyətinin inkişafının təşviqinə yönəlib.
Müxtəlif akademik mühitləri və beynəlxalq təcrübəni təmsil edən alimlər ASA-ya müraciət etməyə dəvət olunur.
Akademiya bildirir ki, qoşulan qonaq alimlər inkişaf etməkdə olan beynəlxalq akademik əməkdaşlıq mühitinin bir hissəsinə çevriləcək.