https://innews.media/uploads/news/2026-03/_innews_a57328901d3daf01eb7671bbf_o.jpg
Güləşçi Sabir Cəfərov antidopinq qaydalarını pozduğuna görə sanksiyaya məruz qalıb.
Məlumata görə, idmançının nümunəsində qadağan edilmiş maddə – boldenon metabolitləri aşkarlanıb. Bununla yanaşı, idmançıya qarşı qadağan olunmuş maddədən istifadə və ya istifadə cəhdi (2.2) və nümunədə qadağan edilmiş maddənin mövcudluğu (2.1) maddələri üzrə pozuntu qeydə alınıb.
Qərara əsasən, Sabir Cəfərov 48 ay (4 il) müddətinə diskvalifikasiya edilib. Sanksiya 1 sentyabr 2025-ci il tarixindən qüvvəyə minib və 31 avqust 2029-cu il tarixinədək davam edəcək.
Qeyd edək ki, antidopinq qaydalarının pozulması idmançıların yarışlardan uzaqlaşdırılması ilə yanaşı, onların nəticələrinin də ləğv olunmasına səbəb ola bilər.