logo
FHN hadisə ilə bağlı məlumat yayıb - VİDEO

FHN hadisə ilə bağlı məlumat yayıb - VİDEO

FHN hadisə ilə bağlı məlumat yayıb - VİDEO FHN hadisə ilə bağlı məlumat yayıb - VİDEO

"innews media" xəbər verir ki, FHN-ın Mətbuat xidmətindən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “Hyundai” markalı minik avtomobilinin salon və mühərrik hissəsi, yaxınlıqda dayanmış “BMW” markalı minik avtomobilinin isə arxa hissəsi qismən yanıb.

Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin