https://innews.media/uploads/news/2026-03/_innews_c88def9e8f6935d4c6c6ce195_o.jpg
Bu gün Azərbaycanda milli təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümü qeyd edilir.
1997-ci il martın 23-də Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncama əsasən, hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.
Bu tarix 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.
"innews media" İnformasiya Agentliyi bu əlamətdar gün münasibətilə milli təhlükəsizlik orqanlarının əməkdaşlarını təbrik edir, onlara xidmətlərində uğurlar arzulayır.