https://innews.media/uploads/news/2026-03/_innews_c45f0988e59582549be35280c_o.jpg
ADY ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.
"innews media" xəbər verir ki, ADY mətbuat xidmətindən verilən məlumata görə, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir, əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir.
Bəzi sahələrdə təhlükəsizliyin təmin edilməsi məqsədilə sürət həddinin endirilməsi səbəbindən qatarların qrafikində qismən kənara çıxma halları mümkündür.
Hərəkət iştirakçılarına belə hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edirik. Sərnişinlərdən isə stansiya və platformalarda qatar gözləyərkən diqqətli olmaları xahiş olunur.