logo
Ruzanna U23 Avropa çempionatının finalında

Ruzanna U23 Avropa çempionatının finalında

Ruzanna U23 Avropa çempionatının finalında Ruzanna U23 Avropa çempionatının finalında

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı davam edir.

Yarışın 4-cü günündə 53, 62 və 72 kq-da yer alan qadın güləşçilərimiz xalçaya çıxıb.

Nərgiz Səmədova (53 kq) 1/4 finalda litvalı Vestina Daniseviçyuteni (3:0) mübarizədən kənarlaşdırsa da, yarımfinalda ukraynalı Anastasiya Polskaya məğlub olub – 2:4. Həmyerlimiz sabah bürünc medal uğrunda görüşdə türkiyəli Şevval Çayırla üz-üzə gələcək.

Yarışa böyük inamla başlayan Ruzanna Məmmədova (62 kq) bolqarıstanlı Fatma Şabanla türkiyəli Gülsüm Bingölə 11:0 hesabıyla qalib gəlib. Məmmədova fransalı İris Tiabonu isə sonuncu xal prinsipinə əsasən üstələyib – 3:3. Ruzanna finalda rusiyalı Amina Tandelovayla qarşılaşacaq.

Zəhra Kərimzadə (72 kq) ilk mərhələdə bolqarıstanlı Daniyela Brasnarovaya son xal prinsipinə əsasən (2:2) məğlub olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin