logo
Hüseyn Cavidin “Ana” əsəri Türkiyədə səhnələşdirildi

Hüseyn Cavidin “Ana” əsəri Türkiyədə səhnələşdirildi

Hüseyn Cavidin “Ana” əsəri Türkiyədə səhnələşdirildi Hüseyn Cavidin “Ana” əsəri Türkiyədə səhnələşdirildi

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Samsun şəhərində keçirilən 8-ci Beynəlxalq Teatr Festivalı çərçivəsində görkəmli dramaturq Hüseyn Cavidin “Ana” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış etmişdir.

Tamaşada obrazları Xalq artisti Yasəmən Ramazanova, gənc aktyorlar Şölə Alışova, Məmməd Mehdiyev, İsmayıl Mirzəcanov, Əlizamin Abbasov, Ələsgər Quliyev, Saynur Babayev və Seyfəddin Məmmədli ifa etmişlər.

Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, rəssamı isə Səyyad Bayramovdur. Tamaşanın musiqi tərtibatı Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsasında kamança ifaçısı Hüseyn Nağıyev tərəfindən üç fərqli versiyada hazırlanmışdır.

Festival çərçivəsində uğurla nümayiş olunan tamaşa tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmış, sonda kollektivə müxtəlif hədiyyələr təqdim olunmuş və xatirə fotosu çəkilmişdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin