https://innews.media/uploads/news/2026-03/_innews_c5bbb758315dc41ae57145ee8_o.jpg
Martın 4-də “İdman həftəsi” çərçivəsində tələbələr arasında badminton yarışı keçirilib. Volan Badminton Klubunda təşkil olunan yarışda ümumilikdə 20 oğlan və 18 qız iştirak edib.
Yarışın yekun nəticələrinə əsasən, qadınlar arasında Ülkər Məmmədova (Azərbaycan Tibb Universiteti) birinci, Nərmin Gözəlova (Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti) ikinci, Şəhla Zərbəliyeva (Azərbaycan Dillər Universiteti) və Ayan Əliyeva (Seçenov Universiteti) üçüncü yeri tutublar.
Kişilər arasında isə Asəf Allahverdiyev (Azərbaycan Dövlət İqtisdiyyat Universiteti) birinci, Marven Richard (Azərbaycan Tibb Universiteti) ikinci, Bağır İsmayılov (Azərbaycan Dövlət İqtisadiyyat Universiteti) və Emin Cəfərli (Azərbaycan Tibb Universiteti) üçüncü yerə layiq görülüblər.