https://innews.media/uploads/news/2026-03/_innews_0c024d17a3924ad6f4b898db4_o.jpg
Mart ayəməm 13-də "Rolls-Royce Motor Cars Baku" lüks avtomobil istehsalçısının "Bespoke" fərdiləşdirmə proqramı üzrə göstərdiyi uğurlu biznes nəticələrinə görə Avropa regionunda (Birləşmiş Krallıq, Avropa və Mərkəzi Asiya regionu) fəaliyyət göstərən 23 "Rolls-Royce" dileri arasında nüfuzlu "İlin Dileri" mükafatı ilə təltif olunub.
Şirkətin məşhur "Dealer Awards" proqramının 2025-ci il üzrə nəticələri Böyük Britaniyanın London şəhərində keçirilən diler konfransı zamanı elan edilib.
Mükafat "Rolls-Royce Motor Cars" şirkətinin baş icraçı direktoru Chris Brownridge tərəfindən təqdim edilib və "Rolls-Royce Motor Cars Baku"nun "Bespoke" sahəsindəki biznes fəaliyyətini bir sıra geniş və orta müddətli amillər əsasında qiymətləndirir. Bu göstəricilər 2025-ci ildə əldə edilən nəticələrlə yekunlaşıb.
"Bespoke" proqramı yüksək dərəcədə fərdiləşdirilmiş avtomobillər və xüsusi təcrübələr vasitəsilə müştərilər üçün dəyər yaratmağa yönəlib və şəxsi ifadə üçün geniş imkanlar təqdim edir.
"Belə bir mükafat əldə etmək həqiqətən yadda qalan bir ilin nəticəsidir. "Bespoke" fərdiləşdirmə proqramı bizim davamlı biznes inkişafımız üçün mühüm rol oynayır. Müştərilərimizin bizə göstərdiyi etimada görə dərin minnətdarlığımızı bildiririk və bu etimad nüfuzlu mükafatın əsasını təşkil edir", - deyə "Rolls-Royce Motor Cars Baku"nun baş direktoru Bayram Yaqubov bildirib.
"Hər bir "Bespoke" avtomobili sahibinin baxışının və zövqünün unikal əksidir. Bu isə "Rolls-Royce" sahibliyinin təqdim etdiyi müstəsna və yüksək dərəcədə fərdiləşdirilmiş təcrübəni mümkün edir. Bakıdakı komanda artıq on ildən çoxdur ki, biznesin hər bir aspektində yüksək səviyyədə fəaliyyət göstərir. Onları davam edən uğurları münasibətilə təbrik edirik", - "Rolls-Royce Motor Cars" şirkətinin regional direktoru John Beckley vurğulayıb.
Azərbaycan və Mərkəzi Asiyada yeganə rəsmi diler olan "Rolls-Royce Motor Cars Baku" yaxın zamanda 2025-ci il üzrə uğurlu nəticələrini açıqlayıb. "Bespoke" sifarişləri rekord səviyyəyə çatıb, o cümlədən Cənubi Qafqaz regionunda bir müştəri üçün dünyada yalnız 25 ədəd istehsal olunan "Phantom Centenary Private Collection" avtomobillərindən biri. Müştərilərə təhvil verilən avtomobillərin ümumi sayı isə 2014-cü ildə diler mərkəzinin açılışından bəri ən yüksək səviyyəyə çatıb. İl ərzində diler Özbəkistan və Gürcüstanda müştəri qəbulları təşkil edib, həmçinin Bakının mərkəzində yerləşən şourumda tədbirlər keçirilib.