logo
Ordu Universitetinin nümayəndə heyəti ADPU-nun qonağı olub

Ordu Universitetinin nümayəndə heyəti ADPU-nun qonağı olub

Ordu Universitetinin nümayəndə heyəti ADPU-nun qonağı olub Ordu Universitetinin nümayəndə heyəti ADPU-nun qonağı olub

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Ordu Universitetinin heyəti ilə rəsmi görüş keçirilib. Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və İnnovasiyalar üzrə prorektor prof. Asəf Zamanov, tədris işləri üzrə prorektor dos. Eldar Aslanov, həmçinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, Ordu Universitetinin Sosial Elmlər İnstitutunun müdiri Prof. Dr. Süleyman Erkam Sulak və Təhsil Fakültəsinin dekanı Prof. Dr. Tolga Aktürk təmsil edib.

Görüş zamanı tərəflər ali təhsil sahəsində əməkdaşlıq, elmi tədqiqatların inkişafı və beynəlxalq təcrübə mövzuları müzakirə edilib, birgə layihələrin həyata keçirilməsi və akademik mübadilə proqramlarının gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Aprel ayında birgə keçiriləcək kongresin təşkilinə dair məsələlər müzakirə edilib. Bu kongresin hər iki universitetin əməkdaşlıq sahələrini daha da dərinləşdirəcəyi və elmi mübadiləni gücləndirəcəyi qeyd edilib. Bildirilib ki, universitetlər arasında daha geniş elmi və tədris layihələrinin həyata keçirilməsi, elmi-texniki sahədə birgə fəaliyyətin artırılması və beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi planlaşdırılır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin