logo
ADPU Həmkarlar İttifaqı Komitəsi əməkdaşlara bayram sovqatı paylayıb

ADPU Həmkarlar İttifaqı Komitəsi əməkdaşlara bayram sovqatı paylayıb

ADPU Həmkarlar İttifaqı Komitəsi əməkdaşlara bayram sovqatı paylayıb ADPU Həmkarlar İttifaqı Komitəsi əməkdaşlara bayram sovqatı paylayıb

Martın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən Novruz bayramı və Ramazan bayramı münasibətilə universitet əməkdaşlarına bayram sovqatı paylanılıb.

Tədbirin əsas məqsədi universitet kollektivinə bayram əhval-ruhiyyəsi bəxş etmək, sosial həmrəyliyi gücləndirmək və əməkdaşlara diqqət və qayğını ifadə etmək olub. 

Universitetin rektoru Cəfər Cəfərov tədbir münasibətilə çıxış edərək əməkdaşları qarşıdan gələn bayramlar münasibətilə səmimi-qəlbdən təbrik edib. Rektor öz çıxışında milli-mənəvi dəyərlərin qorunmasının və yaşadılmasının əhəmiyyətini vurğulayıb, kollektivə möhkəm cansağlığı, xoşbəxtlik və işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində sosial yönümlü tədbirlərin keçirilməsi və əməkdaşlara göstərilən diqqət və qayğı ənənə halını alıb və bu istiqamətdə fəaliyyətlər mütəmadi olaraq davam etdirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin