https://innews.media/uploads/news/2022-10/_innews_76d12bfe5c47f5e03b6120cb9_o.jpg
“YAŞAT” Fondunun, Göygöl Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycan Skautlar Assosiasiyasının tərəfdaşlığı ilə “YAŞAT” payız düşərgəsinə start verilib.
Açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış ediblər, layihənin məqsədi barədə məlumat veriblər və gənclərə uğurlar arzulayıblar.
28-31 oktyabr tarixini əhatə edən düşərgədə 18-24 yaş aralığında 22 şəhid övladı iştirak edir. Düşərgənin proqramına ekskursiyalar, təlimlər və açıq hava şəraitində kamplar daxildir.
“YAŞAT” Fondu tərəfindən şəhid övladları üçün mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr və təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir.
Layihənin sponsoru : “SİRAB”
Ən son xəbərləri səhifəmizdən də izləyin