https://innews.media/uploads/news/2026-03/_innews_39bc4153b2d18ee588cbd41a4_o.jpg
Martın 4-də Azərbaycan İdman Akademiyasında akademik heyəti və magistrantları üçün praktik seminar keçirilib.
Belə ki, Akademiyanın Ömürboyu təhsil şöbəsinin baş mütəxəssisi Əminə Bağırova “Situasiya tipli sualların tədrisdə rolu və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda təqdimatla çıxış edib. Seminarda situasiya tipli sualların tədris prosesində əhəmiyyəti haqqında ətraflı məlumat verilib. İştirakçılar idman və təhsil kontekstində Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanan situasiya sualları hazırlayıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.