logo
Daşkənddə Birinci Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi seminar keçiriləcək

Daşkənddə Birinci Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi seminar keçiriləcək

Daşkənddə Birinci Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi seminar keçiriləcək Daşkənddə Birinci Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi seminar keçiriləcək

Daşkənd Dövlət Şərqşünaslıq Universitetində universitet rəhbərliyi ilə Özbəkistandakı səfirliyin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli və Universitetinin rektoru Gülçehra Rixsiyeva universitetdə Birinci Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi seminarın təşkili məsələlərini müzakirə ediblər.

Akif Marifli bildirib ki, bu elmi tədbirin keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayının 100 illiyinin qeyd olunması ilə bağlı müvafiq Sərəncamına uyğun olaraq həyata keçirilir. Onun sözlərinə görə, Özbəkistanda belə bir seminarın təşkili türkoloji tədqiqatların inkişafı, alimlər arasında elmi əlaqələrin möhkəmləndirilməsi və Azərbaycan ilə Özbəkistan arasında akademik əməkdaşlığın genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Direktor qeyd edib ki, tədbirin Azərbaycandan tanınmış alimlərin, akademiklərin və professorların, həmçinin Özbəkistanın elmi ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu cür elmi görüşlər alimlər arasında fikir mübadiləsi aparılması, türkologiyanın aktual məsələlərinin müzakirəsi və iki ölkənin elmi müəssisələri arasında humanitar əlaqələrin daha da möhkəmlənməsi üçün mühüm platforma yaradır.

Universitetin rektoru Gülçehra Rixsiyeva belə bir elmi seminarın universitetdə keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirərək bildirib ki, Daşkənd Dövlət Şərqşünaslıq Universitetində türkoloji tədqiqatların inkişafına xüsusi diqqət yetirilir. O vurğulayıb ki, bu cür elmi forumların təşkili elmi dialoqun genişlənməsinə, akademik əməkdaşlığın inkişafına və Azərbaycan ilə Özbəkistan arasında universitetlərarası əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Sonda tərəflər beynəlxalq elmi seminarın keçirilməsinin türkoloji tədqiqatların inkişafına mühüm töhfə verəcəyinə və iki ölkə arasında elmi-humanitar əməkdaşlığın daha da dərinləşməsinə şərait yaradacağına əminlik ifadə ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin