logo
ADAU kollektivi iftar süfrəsində bir araya gəlib

ADAU kollektivi iftar süfrəsində bir araya gəlib

ADAU kollektivi iftar süfrəsində bir araya gəlib ADAU kollektivi iftar süfrəsində bir araya gəlib

Müqəddəs Ramazan ayı münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) professor-müəllim heyəti üçün iftar süfrəsi təşkil olunub.

İftar süfrəsində universitet rəhbərliyi, professor-müəllim heyəti və əməkdaşlar iştirak ediblər.

Çıxış edən rektor Zəfər Qurbanov Ramazan ayının mənəvi dəyərlərindən danışaraq bu ayın insanları xeyirxahlığa, mərhəmətə və həmrəyliyə çağırdığını bildirib. O qeyd edib ki, belə görüşlər universitet kollektivinin birliyinin möhkəmlənməsinə və əməkdaşlar arasında səmimi münasibətlərin inkişafına mühüm töhfə verir. Rektor professor-müəllim heyətinin gənclərin yetişdirilməsində və ölkənin gələcəyinin formalaşmasında mühüm rol oynadıqlarını vurğulayıb.

Daha sonra Biologiya kafedrasının dosenti Bəhman Əliyev çıxış edərək Ramazan ayının fəzilətlərdən söz açıb, bu cür nəcib təşəbbüsə görə Universitet rəhbərliyinə təşəkkür edib.

Səmimi şəraitdə davam edən iftar mərasimində kollektiv üzvləri Ramazan ayının gətirdiyi mənəvi dəyərləri bölüşərək ölkəmiz üçün sülh, inkişaf və rifah arzularını dilə gətiriblər. Tədbir iştirakçıları belə təşəbbüslərin universitetdə birlik və həmrəylik mühitinin daha da güclənməsinə xidmət etdiyini qeyd ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin