logo
ADPU “Rəqəmsal asılılıq və XXI əsr şagirdi” pilot layihəsinə start verib

ADPU “Rəqəmsal asılılıq və XXI əsr şagirdi” pilot layihəsinə start verib

ADPU “Rəqəmsal asılılıq və XXI əsr şagirdi” pilot layihəsinə start verib ADPU “Rəqəmsal asılılıq və XXI əsr şagirdi” pilot layihəsinə start verib

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) tərəfindən ümumtəhsil müəssisələrində “Rəqəmsal asılılıq və XXI əsr şagirdi” adlı pilot layihənin icrasına başlanılıb.

Layihə Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2026-cı il tarixli “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq həyata keçirilir. Pilot layihənin əsas məqsədi müasir dövrdə şagirdlər arasında müşahidə olunan rəqəmsal asılılıq hallarını araşdırmaq, onlarda sağlam və balanslı rəqəmsal davranış bacarıqları formalaşdırmaq və XXI əsr bacarıqlarına uyğun sosial-emosional öyrənmə kompetensiyalarını inkişaf etdirməkdir. Pilot layihəyə ADPU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri, dosent Qalib Şərifov və İbtidai təhsilin pedaqogikası kafedrasının müəllimi Günel Məmmədova rəhbərlik edir. Layihənin psixoloqu isə ADPU-nun Pedaqoji-psixologiya kafedrasının müəllimi Könül Xudazadədir. Layihə çərçivəsində müəllimlər, valideynlər və şagirdlər üçün üç mərhələdən ibarət maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub. Tədbirlər proqramına uyğun olaraq, şagirdlərdə rəqəmsal mühitdən balanslı istifadə vərdişlərinin formalaşdırılması, təhlükəsiz internet davranışı barədə maarifləndirmə, həmçinin müəllim-şagird münasibətlərində empatiya, özünüidarəetmə və effektiv ünsiyyət bacarıqlarının gücləndirilməsi layihənin əsas prioritetləri sırasındadır.

Layihənin ilkin mərhələsinə ADPU-nun baza məktəbi olan Bakı şəhəri M. Rahim adına 7 nömrəli tam orta məktəbdə start verilib. Müəllimlərlə keçirilən ilk görüş zamanı şagirdlərin sosiallaşmasına yönəlmiş pedaqoji yanaşmalar, təlim prosesində rəqəmsal pedaqogika və neyropedaqogika elementlərinin tətbiqi barədə təqdimatlar təqdim olunub. Həmçinin şagirdlərin rəqəmsal mühitdə davranış xüsusiyyətləri, emosional rifahı və sosial adaptasiyası ilə bağlı məsələlər müzakirə edilib.

Qeyd edək ki, pilot layihənin gələcək mərhələlərdə digər təhsil müəssisələrində də tətbiqi nəzərdə tutulur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin