logo
Zelenski soydaşımız Emin Həsənovu “İgidliyə görə” ordeni ilə təltif edib

Zelenski soydaşımız Emin Həsənovu “İgidliyə görə” ordeni ilə təltif edib

Zelenski soydaşımız Emin Həsənovu “İgidliyə görə” ordeni ilə təltif edib Zelenski soydaşımız Emin Həsənovu “İgidliyə görə” ordeni ilə təltif edib

Volodimir Zelenskiy soydaşımız Emin Həsənovu “İgidliyə görə” ordeni ilə təltif edib.

Məlumata görə, Emin Həsənov 2015-ci ildən könüllü olaraq Ukrayna Silahlı Qüvvələri sıralarında xidmət edir. 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzündən sonra isə ön cəbhədə döyüşlərdə iştirak edir.

Döyüş yoldaşlarının ona verdiyi “Türk” ləqəbi ilə tanınan Emin Həsənov Kiyevin müdafiəsində, eləcə də Donbass, Zaporojjya və Xarkiv istiqamətlərində gedən döyüşlərdə fərqlənib.

Bildirilib ki, o, bir neçə dəfə ağır yaralanmasına baxmayaraq müalicə aldıqdan sonra yenidən cəbhə xəttinə – komandiri olduğu bölüyə qayıdaraq xidmətini davam etdirib.

Qeyd edək ki, Ukraynada yaşayan və ölkənin müdafiəsində iştirak edən belə soydaşlarımız Azərbaycan ictimaiyyəti tərəfindən böyük qürur hissi ilə qarşılanır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin