logo
“Səhnədə ayağına mismar girib, huşunu itirib”

“Səhnədə ayağına mismar girib, huşunu itirib”

“Səhnədə ayağına mismar girib, huşunu itirib” “Səhnədə ayağına mismar girib, huşunu itirib”

Əməkdar artist Vəfa Zeynalova teatr səhnəsində zədələndiyi anlardan danışıb.

"innews media" xəbər verir ki, “Pərvizə görə”də qonaq olan sənətçi deyib ki, bu tip hadisələr tez-tez yaşanır:

“Səhnədə çox zədələnmişəm. Ayağımda izlər var. İllər əvvəl səhnədə yekə mismar ayağıma girib, sümükdə dayanıb. O vəziyyətdə yarım saat oynamışam. Tamaşadan sonra çıxış edəndə çətinliklə olsa da, bunu demişəm. Kulisə gedəndə huşumu itirmişəm. Belə hallar çox olub, əlim də kəsilib. İllər öncə rəhmətlik Səməndər Rzayevin oğlu Rəşid Rzayev bizdə çalışırdı. O da rəhmətə getdi. Səhhətində problemlər var idi, erməni polkovniki canlandırırdı, mən də həkim köməkçisini canlandırırdım. Yunan qızı idi, ermənilər tərəfindən dəlixanaya gətirilmişdi. O qəbul etmirdi ki, ermənilər xəstələrlə necə davranırlar, qız deyir ki, etməyin. Başlayır, əsgər yoldaşlarnı qınamağa. Polkovnik acıqlanır, qızı tutub silkələyir ki, ayıl. Həmin səhnədə gördüm ki, Rəşid özündə deyil, gəldi, gödəkçənin sinə hissəsindən tutub silkələyəndə qolumdakı kəsiklər bədənimə girdi, ayaqlarım yerdən kəsildi, məni çırpıb itələdi. O anda hiss etdim ki, başımdan bədənimə kimi nəsə oldu, gözüm qaraldı. Bütün bədənim gömgöy idi. Tərpənə bilmirdim. Səhnədə bir sirr var. Adi barmağımız kəsiləndə 3 saat ağrıyır, hamıya göstəririk. Amma səhnədə elə böyük məsuliyyət var ki, ağrını unudursan, həmin an dondurursan. Ayılandan sonra deyirsən ki, baxın, ölürəm. Aktyor yoldaşlarım olur ki, sərt davranır, həmin an heç nə demirəm. Tamaşadan sonra başlayır ki, niyə elə boğdun və sairə. Həmişə tamaşadan sonra gömgöy oluram”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin