logo
BDU-nun tələbələri RSXM-də olublar

BDU-nun tələbələri RSXM-də olublar

BDU-nun tələbələri RSXM-də olublar BDU-nun tələbələri RSXM-də olublar

27 mart – “Elm günü” münasibəti ilə BDU-nun Geologiya fakültəsinin üçüncü kurs tələbələri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq mərkəzində olublar.

BDU-nun Seysmologiya və Yer təkinin fizikası kafedrasının müəllimi Səriyyə Mirzəyevanın rəhbərliyi ilə mərkəzə ekskursiya edən tələbələr RSXM-nin fəaliyyət istiqaməti, mərkəzdə aparılan elmi tədqiqatlar və alınmış nəticələrlə yaxından tanış olublar.

RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, “Geodinamika” şöbəsinin müdiri,  geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov, “Zəlzələlərin tədqiqatı bürosu”nun böyük elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Şirin İslamova və büronun kiçik elmi işçisi Zümrüd  İsmayılova  təqdimatla çıxış edərək, tələbələrə mərkəzdə aparılan elmi tədqiqatlar haqqında ətraflı məlumat veriblər.

Həmçinin mərkəzdə aparılan elmi tədqiqatlarda istifadə olunan cihaz və avadanlıqların iş prinsipi də tələbələrə izah edilib. 

Görüşdə tələbələri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb. Sonda xatirə şəkili çəkilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin