https://innews.media/uploads/news/2026-03/_innews_91e69802a9848b6f6ec26d958_o.jpg
Azərbaycan Dəmir Yolları (ADY) sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysi təyin edib.
Məlumata görə, əlavə səfər 18 mart tarixində hər iki istiqamətdə həyata keçiriləcək.
Sərnişinlər sözügedən reysə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi internet səhifəsindən və ya “ADY Mobile” mobil tətbiqi vasitəsilə əldə edə bilərlər.
Qeyd edək ki, bu istiqamət üzrə həmçinin Bakı–Qazax–Bakı marşrutu ilə gündəlik qatar səfərləri də təşkil olunur.