logo
Məktəblilərin RSXM-nin “Kürdəmir” seysmik stansiyasına ekskursiyası təşkil olunub

Məktəblilərin RSXM-nin “Kürdəmir” seysmik stansiyasına ekskursiyası təşkil olunub

Məktəblilərin RSXM-nin “Kürdəmir” seysmik stansiyasına ekskursiyası təşkil olunub Məktəblilərin RSXM-nin “Kürdəmir” seysmik stansiyasına ekskursiyası təşkil olunub

Kürdəmir rayonunun Köhnəbazar kənd tam orta məktəbin şagirdlərinin AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) “Kürdəmir” seysmik stansiyasına ekskursiyası təşkil olunub.

Ekskursiyanın əsas məqsədi şagirdlərin müasir seysmoloji tədqiqat metodları ilə yaxından tanış edilməsi və onlarda geofizika sahəsinə maraq oyatmaqdan ibarət olub. RSXM-nin "Kürdəmir" seysmik stansiyasının müdiri Rahim İslamov şagirdlərə mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verərək, mərkəzin seysmik monitorinq şəbəkəsinin iş prinsipi haqqında danışıb. Həmçinin, şagirdlərə seysmik cihazların iş prinsipini təmin edən cihazlar nümayiş etdirilib.

Stansiyada alternativ enerji mənbəyi kimi günəş panellərindən istifadə edilməsi şagirdlərin böyük marağına səbəb olub.

Bundan başqa, məktəblilərə stansiyadakı cihazlar vasitəsilə yeraltı təkanların qeydə alınması, yerin təkində baş verən proseslərin hansı dəqiqliklə izlənildiyi əyani şəkildə nümayiş etdirilib.

Ekskursiya zamanı məktəblilərin maraq doğuran sualları da ətraflı şəkildə  cavablandırılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin