https://innews.media/uploads/news/2026-03/_innews_5ad7453b4eed52f0b131c2113_o.jpg
7 mart tarixində saat 19:00-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının rəsmi tərəfdaşlığı, Inclusive Organization Company və Ümidlə Gəl xeyriyyə layihəsinin birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xüsusi “İnklüzivliyin Sirri” Maskalı Balo gecəsi keçirildi.
Layihənin əsas məqsədi incəsənət, yaradıcılıq və sosial həmrəylik vasitəsilə inklüziv cəmiyyət ideyasını təşviq etmək, fərqli sahələrdən olan insanları bir araya gətirərək bərabərlik və birlik mesajını çatdırmaqdır.
Gecə musiqi çıxışları, incəsənət təqdimatları və xüsusi qonaqların iştirakı ilə yadda qaldı. Tədbir çərçivəsində rəssam Mehriban Alışovanın əsərlərindən ibarət sərgi də təqdim olundu və qonaqlar tərəfindən böyük maraqla qarşılandı.
Həmçinin gecədə Kfabuel Fashion brendinin rəhbəri Kübra Nuriyevanın özəl ziyafət geyimlərindən ibarət kolleksiyası nümayiş olundu.
Bu layihə yalnız bir tədbir deyil, inklüziv dəyərləri və sosial həmrəyliyi gücləndirən bir platformadır.
Ən son xəbərləri səhifəmizdən də izləyin