logo
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Novruz Festivalı” keçiriləcək

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Novruz Festivalı” keçiriləcək

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Novruz Festivalı” keçiriləcək Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Novruz Festivalı” keçiriləcək

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Novruz bayramı münasibətilə “Novruz Festivalı” təşkil olunacaq.

Festival çərçivəsində 17 mart 2026-cı il saat 19:00-da Filarmoniyanın istedadlı solistlərinin konsert proqramı təqdim ediləcək. Konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndiriləcək, gənc ifaçıların təqdimatında tamaşaçılara zəngin və yaddaqalan musiqi axşamı yaşadılacaq.

Festival proqramı 18 mart 2026-cı il tarixində davam edəcək. Həmin gün Dövlət Uşaq Filarmoniyasının Sədəf xalq çalğı alətləri ansamblının solo konserti keçiriləcək. Konsertdə ansamblın uzun illər ərzində formalaşmış repertuarından seçilmiş əsərlər səslənəcək və milli musiqimizin zənginliyi, xalq çalğı alətlərinin ecazkar sədaları tamaşaçılara təqdim olunacaq.

Bununla yanaşı, festival günlərində qonaqlar üçün sərgi və yarmarka da təşkil ediləcək.

Təşkilatçılar Novruz əhval-ruhiyyəsini birlikdə yaşamaq üçün paytaxt sakinlərini və şəhərin qonaqlarını Azərbaycan Dövlət Uşaq Filarmoniyasına dəvət edir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin