logo
Son iki gün ərzində meşə fondu torpaqlarında 22 mindən artıq ağac əkilib

Son iki gün ərzində meşə fondu torpaqlarında 22 mindən artıq ağac əkilib

Son iki gün ərzində meşə fondu torpaqlarında 22 mindən artıq ağac əkilib Son iki gün ərzində meşə fondu torpaqlarında 22 mindən artıq ağac əkilib

Payız ağac əkini mövsümü başlayandan bugünədək meşə fondu torpaqlarının açıq və seyrək ərazilərinin ümumilikdə 74  hektar sahəsində 42246 ədəd ağac tingi əkilib, 4358  kiloqram toxum səpilib. Bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

O qeyd edib ki, təkcə dünən və bu gün Qəbələ, Quba, Bərdə, Şabran, Lənkəran, Tovuz, Şəmkir, Göygöl, Ağcabədi və Sabirabad rayonlarının meşə ərazilərinin 29 hektar sahəsində 22246 ədəd ağac tingi əkilib, 1358 kiloqram toxum səpilib”.

“Əkilən ağac tingləri meşə təsərrüfatlarının tinglik sahələrində yetişdirilib”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media