https://innews.media/uploads/news/2026-03/_innews_a2b42905a538ed830f827c387_o.jpg
Son illər Azərbaycanda psixoloji xidmətlərə maraq xeyli artıb. Xüsusən gənclər, yeniyetmələr, ailə həyatı uğurlu olmayan qadınlar və uzun müddət depressiya yaşayan şəxslər dərman müalicəsi ilə yanaşı psixoterapiyaya da üstünlük verirlər. Mütəxəssislər bildirirlər ki, bir çox hallarda dərmanla paralel aparılan psixoterapiya daha effektiv nəticə verir.
Lakin İcbari Tibbi Sığorta çərçivəsində psixoloq xidmətləri, xüsusən də özəl mərkəzlərdə fəaliyyət göstərən tanınmış və ixtisaslaşmış mütəxəssislərin qəbulu zərfə daxil edilməyib. Bu isə vətəndaşları xidmət haqqını tam şəkildə öz büdcələri hesabına ödəməyə məcbur edir.
Hazırda Bakıda 1 saatlıq psixoloq qəbulu orta hesabla 30–80 manat arasında dəyişir. Ancaq daha təcrübəli, geniş auditoriyaya malik və reklam baxımından aktiv olan psixoloqların qəbul qiymətləri 100 manatdan başlayaraq 300 manata qədər yüksəlir.
Ölkənin ən bahalı psixoloqlarının siyahısını təqdim edirik:
Tamilla Əliyeva – 300 AZN
Babək Bayramlı – 250 AZN
Kənan Rəhimov – 200 AZN
Nilufər Akif – 200 AZN
Narınc Rüstəmova – 170 AZN
Cəmilə Rəhimli – 170 AZN
Günel Xəlilova – 140 AZN
Vüsalə Cəfərova – 120 AZN
Əzizə Quliyeva – 100 AZN
Elnur Rüstəmov – 100 AZN
İlkin Kazımlı – 100 AZN
Elmir Əkbər – 100 AZN
Samirə Bağırova – 100 AZN
Nuranə Bağırova – 100 AZN
Nərgiz Hüseynova – 100 AZN
Qiymətlərin yüksək olması sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Bəzi vətəndaşlar psixoloji xidmətlərin əlçatanlığının artırılmasının vacibliyini vurğulayır, digərləri isə keyfiyyətli və fərdi yanaşmanın bu qiymətləri əsaslandırdığını bildirir.
Azərbaycanda özəl klinikalarda həkim qəbulu qiymətləri artmaqda davam edir. Aparılan araşdırma göstərir ki, xüsusilə tanınmış və yüksək reytinqə malik mütəxəssislərin qəbul qiymətləri 100 manatdan başlayır.
Ən yüksək ödəniş tələb olunan sahələrdən biri psixologiyadır. Psixoloqların qəbul qiymətləri 30 manatdan başlayaraq 300 manata qədər dəyişir. Uroloqların qəbulu 30–110 AZN aralığında dəyişdiyi halda, kardioloq, hepatoloq, qastroenteroloq, dermatoloq, terapevt və pediatrların qəbul qiymətləri əsasən 50 manatdan yuxarıdır.
Ginekoloq qəbulu da yüksək qiymətlər sırasında yer alır. Bu sahə üzrə mütəxəssislərin qəbuluna yazılmaq üçün minimum 70 manat və daha yüksək məbləğ ödəmək tələb olunur.
Araşdırma zamanı qəbulu 100–300 AZN arasında dəyişən bəzi məşhur həkimlərin siyahısı belədir:
Psixoloq Tamilla Əliyeva – 300 AZN
Revmatoloq Nümunə Əliyeva - 120 AZN
Kardioloq (EKQ-EXO) Yasmin Rüstəmova – 110 AZN
Endokorinoloq Fidan Qulu - 110 AZN
Nevropatoloq Jalə Qarayeva – 100 AZN
Mama-ginekoloq Aytən Səfərova – 100 AZN
LOR-cərrah Dilşad Şadlinskaya – 100 AZN
Dermatoloq Leyla Mirzoyeva – 100 AZN
Pediatr Kamil Şərifov – 100 AZN
Onkoloq Pərvanə Rüstəmova – 100 AZN
Daxili xəstəliklər üzrə həkim Nəzrin Namazova – 100 AZN
Loqoped Aytən Aslanova – 100 AZN
Dermatoloq Fəridə Rəsulova - 100 AZN
Nərmin Balacayeva (Oxu24com)