logo
Qara Dərvişin konserti coşqu ilə keçdi

Qara Dərvişin konserti coşqu ilə keçdi

Qara Dərvişin konserti coşqu ilə keçdi Qara Dərvişin konserti coşqu ilə keçdi

Azərbaycan rok səhnəsinin tanınmış simalarından olan Qara Dərviş növbəti solo konsert proqramı ilə pərəstişkarlarının qarşısına çıxıb. “Küllərindən” adlı konsert paytaxt Bakı şəhərində yerləşən Hayal Kahvesi səhnəsində baş tutub.

Gecə ərzində ifaçı həm sevilən hitlərini, həm də yeni bəstələrini canlı olaraq təqdim edib. Rok ab-havası, enerjili səhnə performansı və emosional çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsert proqramı boyu zalda coşqulu və unudulmaz anlar yaşanıb.

“Küllərindən” adlanan layihə sənətkarın yaradıcılığında yeni mərhələ kimi qiymətləndirilir. İfaçı səhnədən pərəstişkarlarına təşəkkürünü bildirib və yeni layihələr üzərində çalışdığını qeyd edib.

Qeyd edək ki, Qara Dərviş son illər ölkənin alternativ və rok musiqi səhnəsində fəal çıxışları ilə diqqət çəkir.

Aprelin 18-i sənətçinin növbəti solo konsertinin Naxçıvan şəhərində keçirilməsi planlaşdırılır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin