logo
İranda qızlar məktəbində ölənlərin sayı 85-ə çatıb

İranda qızlar məktəbində ölənlərin sayı 85-ə çatıb

İranda qızlar məktəbində ölənlərin sayı 85-ə çatıb İranda qızlar məktəbində ölənlərin sayı 85-ə çatıb

İranın Minab şəhərində qızlar məktəbinə endirilən hava zərbələri nəticəsində ölənlərin sayı artmaqda davam edir.

Hafta.az İran mətbuatına istinadən xəbər verir ki, son məlumatlara əsasən, hadisə zamanı ölən şagirdlərin sayı 85 nəfərə, yaralıların sayı isə 92 nəfərə çatıb.

Məlumata görə, hücum nəticəsində məktəb binası və ətraf ərazilərdə ciddi dağıntılar yaranıb. Hadisə yerində xilasedici və tibbi briqadaların fəaliyyəti davam edir.

Hadisənin xronologiyası

15:36 — Minab şəhərində qızlar üçün fəaliyyət göstərən ibtidai məktəbə hücum edildiyi, ilkin məlumata görə 40 şagirdin öldüyü, 48 nəfərin yaralandığı bildirilib.

16:14 — Ölənlərin sayı 51 nəfərə, yaralıların sayı 60 nəfərə yüksəlib.

17:34 — Həlak olan məktəblilərin sayı 57 nəfərə çatıb.

18:04 — Ölənlərin sayı 63 nəfər, yaralananların sayı isə 92 nəfər olaraq açıqlanıb.

18:38 — Ölənlərin sayının 70 nəfərə yüksəldiyi bildirilib.

Son məlumat — Ölən şagirdlərin sayı 85 nəfərə çatıb.

Hazırda dağıntılar altında qalanların olub-olmaması araşdırılır, axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Hadisə ilə bağlı rəsmi qurumların əlavə açıqlamalar verməsi gözlənilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin