logo
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər təşkil olunub.

24 fevral tarixində NAYORA və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin (GMD) birgə təşkilatçılığı ilə “Xocal şahidləri ilə görüş” adlı panel müzakirəsi keçirilib. Panel zamanı Xocalı soyqırımının tarixi mahiyyəti, beynəlxalq humanitar hüquq baxımından qiymətləndirilməsi və hadisələrin siyasi-hüquqi aspektləri müzakirə olunub.

25 fevral tarixində NAYORA-nın təşkilatçılığı ilə “Khojaly: an unforgotten history” adlı panel müzakirəsi baş tutub. Tədbirdə yerli gənclərlə yanaşı, Azərbaycanda təhsil alan xarici tələbələr də iştirak ediblər. Müzakirələr zamanı Xocalı faciəsinin beynəlxalq müstəvidə tanıdılması və hüquqi qiymətləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

26 fevral tarixində NAYORA-nın təşkilatçılığı ilə “Remembering Khojaly: International Dialogue on Justice and Historical Memory”adlı onlayn forum keçirilib. Forum çərçivəsində Xocalıda törədilmiş soyqırımın beynəlxalq ictimaiyyətə çatdırılması, tarixi faktların təqdim olunması və bu cinayətin hüquqi-siyasi qiymətləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Həmin gün Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, NAYORA və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Xocalı faciəsi: Tariximizin qanlı səhifəsi” adlı tədbir keçirilib. Tədbirdə Xocalı soyqırımının şahidləri iştirak edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş hadisələrlə bağlı xatirələrini bölüşüblər. Eyni zamanda, Böyük Qayıdış prosesi çərçivəsində azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, doğma torpaqlara qayıdışın əhəmiyyəti və bu istiqamətdə həyata keçirilən dövlət siyasəti barədə də məlumat verilib.

Tədbirlər “Ana harayı” abidəsi önündə təşkil olunan yürüşlə yekunlaşıb. NAYORA və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə keçirilən yürüşdə gənclər təşkilatlarının rəhbər və nümayəndələri iştirak edərək Xocalı qurbanlarının xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri düzülüblər.

Qeyd edək ki, keçirilən tədbirlərin əsas məqsədi Xocalı soyqırımı ilə bağlı tarixi həqiqətlərin gənclər arasında daha geniş şəkildə təbliği, beynəlxalq səviyyədə məlumatlandırmanın gücləndirilməsi və tarixi yaddaşın qorunmasıdır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin