logo
ICESCO-da Azərbaycan–Suriya arasında təhsil infrastrukturunun bərpasına dair saziş imzalandı

ICESCO-da Azərbaycan–Suriya arasında təhsil infrastrukturunun bərpasına dair saziş imzalandı

ICESCO-da Azərbaycan–Suriya arasında təhsil infrastrukturunun bərpasına dair saziş imzalandı ICESCO-da Azərbaycan–Suriya arasında təhsil infrastrukturunun bərpasına dair saziş imzalandı

Fevralın 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Rabat şəhərində yerləşən Baş qərargahında Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Suriya Ərəb Respublikasının təhsil naziri Dr. Mohammed Abdulrahman Turko və ICESCO-nun baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malikin iştirakı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. 

İmzalanma mərasimi zamanı çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlıq çərçivəsində İslam dünyasında təhsil imkanlarının genişləndirilməsinə və təhsil infrastrukturunun inkişafına töhfə verməyə xüsusi əhəmiyyət göstərdiyini qeyd edib. Nazir bu xüsusda Azərbaycan Respublikası Hökumətinin dəstəyi ilə Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpasına yönəlmiş təşəbbüsün əhəmiyyətini vurğulayıb. 

Nazir bildirib ki, bu təşəbbüs Suriya Ərəb Respublikasında uşaqlar və gənclər üçün təhlükəsiz, müasir və keyfiyyətli təhsil mühitinin yaradılmasına xidmət edəcək. 

ICESCO-nun baş direktoru Dr. Salim bin Məhəmməd əl-Malik çıxışında imzalanmış Sazişin Suriyada təhsil infrastrukturunun bərpasına mühüm töhfə verəcəyini, eyni zamanda, İslam dünyası ölkələri arasında əməkdaşlığın və həmrəyliyin daha da güclənməsinə xidmət edəcəyini vurğulayıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin