https://innews.media/uploads/news/2026-02/_innews_83f8898b2f2fb896ea29c63bc_o.jpg
12.02.2026-cı il tarixində 2014-cü il təvəllüdlü şəxs (kişi) qarında intensiv ağrı, ümumi halsızlıq, zəiflik və fiziki aktivliyin məhdudlaşması şikayətləri ilə Kliniki Tibbi Mərkəzə müraciət edib.
Aparılan klinik, laborator və radioloji müayinələr nəticəsində pasiyentə İrsi sferositoz (Minkovski–Şoffar anemiyası) və kalkulyoz xolesistit (öd kisəsinin daşlı iltihabı) diaqnozları təyin olunub.
Mövcud vəziyyət nəzərə alınaraq cərrahi müdaxiləyə qərar verilib.
Kliniki Tibbi Mərkəzin Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev, uşaq cərrahı Nigar Babayeva və rezident Elnarə Qurbanovanın iştirakı ilə pasiyent üzərində laparotomiya, splenektomiya, xolesistektomiya, qarın boşluğunun sanasiyası və drenajı əməliyyatı uğurla icra olunub. Əməliyyat zamanı öd kisəsi daxili daşlarla birlikdə rezeksiyaya olunub, qarın boşluğu patoloji möhtəviyyatdan təmizlənib və postoperativ nəzarətin təmin olunması məqsədilə drenajlar yerləşdirilib.
Əməliyyat sonrası interaktiv müalicə prosedurları nəticəsində pasiyentin vəziyyəti stabilləşib və qanaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.