logo
bp-nin regional prezidenti Cio Kristofoli BDU-nun Faydalı qazıntılar muzeyinin fəaliyyəti ilə tanış olub

bp-nin regional prezidenti Cio Kristofoli BDU-nun Faydalı qazıntılar muzeyinin fəaliyyəti ilə tanış olub

bp-nin regional prezidenti Cio Kristofoli BDU-nun Faydalı qazıntılar muzeyinin fəaliyyəti ilə tanış olub bp-nin regional prezidenti Cio Kristofoli BDU-nun Faydalı qazıntılar muzeyinin fəaliyyəti ilə tanış olub

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ötən il bp və tərəfdaş şirkətlərin dəstəyi ilə əsaslı təmir olunan BDU-nun Faydalı qazıntılar muzeyinin fəaliyyəti ilə tanış olub. Bildirilib ki, məkan kitabxana-muzey-tədris laboratoriyası kimi fəaliyyət göstərir. 1997-ci ildən akademik Musa Əliyev adına kabinetin fəaliyyət göstərdiyi Muzeydə əsaslı təmir zamanı akademikin şəxsi kitabxanası rəqəmsallaşdırılaraq müəllim və tələbələrin ixtiyarına verilib.

Qonaq bp-nin dəstəyi ilə muzeydə yaradılan rəqəmsal tədris şəraitini yüksək qiymətləndirib.

Qeyd edək ki, 1944-cü ildə yaradılan Muzey ötən il bp və şirkətin Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşlarının (“SOCAR”, “TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies”) dəstəyi ilə əsaslı təmir olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin