logo
Tək biletlə hər gün Bakı-Qəbələ səfəri

Tək biletlə hər gün Bakı-Qəbələ səfəri

Tək biletlə hər gün Bakı-Qəbələ səfəri Tək biletlə hər gün Bakı-Qəbələ səfəri

Tək biletlə hər gün Bakıdan Qəbələyə!

ADY 17 fevral tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu ilə gündəlik səfərlər üçün Ləki stansiyasından transferin də daxil edildiyi vahid biletin satışına başlayır.

Belə ki, bu marşrut üzrə saytımızdan və ya “ADY Mobile” tətbiqindən bilet əldə edərkən transferli vahid bilet təklif olunacaq:

- Bakı–Qazax–Bakı reysi ilə Ləki stansiyasına qədər hərəkət;

- Ləki stansiyasından isə Gəncə–Qəbələ–Gəncə reysi ilə Qəbələ istiqamətində səfər.

Qeyd edək ki, Bakı-Qəbələ-Bakı marşrutu ilə həftəsonu səfərlər üçün həm də standart bilet seçimi edə bilərsiniz.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin