logo
Miri Yusif yaşıl teatrda 3 günlük möhtəşəm şouya hazırlaşır - VİDEO

Miri Yusif yaşıl teatrda 3 günlük möhtəşəm şouya hazırlaşır - VİDEO

Miri Yusif yaşıl teatrda 3 günlük möhtəşəm şouya hazırlaşır - VİDEO Miri Yusif yaşıl teatrda 3 günlük möhtəşəm şouya hazırlaşır - VİDEO

Xalq artisti Miri Yusif möhtəşəm konsert proqramı ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.

"innews media" xəbər verir ki, sənətçi bu barədə son konsertində açıqlama verib. O bildirib ki, yay mövsümündə paytaxt sakinləri və şəhərimizin qonaqları üçün xüsusi proqram hazırlanır.

Miri Yusif qeyd edib ki, konsert proqramı 3 gün davam edəcək və açıq havada, paytaxtın ən sevilən məkanlarından biri olan Yaşıl Teatr səhnəsində baş tutacaq.

"İyulun 3-4-5-i tarixlərində nəzərdə tutulub. əslində isə 3 gündən çox, yəni 5 gün etmək istəyirik"-deyə bildirib.

Sənətçi vurğulayıb ki, tamaşaçıları həm yeni mahnılar, həm də illərdir sevilərək dinlənilən hitlər gözləyir. Konsert proqramının yaddaqalan şou elementləri və xüsusi səhnə tərtibatı ilə müşayiət olunacağı bildirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin