logo
“44 Gün: 4 Sirdaş” - müharibənin talelərdə buraxdığı izlərdən bəhs edən təsirli ekran əsəri

“44 Gün: 4 Sirdaş” - müharibənin talelərdə buraxdığı izlərdən bəhs edən təsirli ekran əsəri

“44 Gün: 4 Sirdaş” - müharibənin talelərdə buraxdığı izlərdən bəhs edən təsirli ekran əsəri “44 Gün: 4 Sirdaş” - müharibənin talelərdə buraxdığı izlərdən bəhs edən təsirli ekran əsəri

Ssenari müəllifləri Könül Məmmədova, Qızbəs Abdulayeva və Şahbazə Hüseynovanın, rejissoru isə Orxan Cahangirin olduğu “44 Gün: 4 Sirdaş” bədii filmi tamaşaçılara təqdim olunub. Ekran əsəri müharibənin uşaqların taleyində buraxdığı sağalmaz izlərdən və bu izlərin insanı necə daha da gücləndirdiyindən bəhs edir.

Filmin çəkilişləri fevral ayında qarlı-şaxtalı hava şəraitində həyata keçirilib. Çətin hava şərtlərinə baxmayaraq, yaradıcı heyət ekran işini peşəkarlıqla ərsəyə gətirib. Film hazır olduqdan sonra Azərbaycan televiziyasında yayımlanaraq geniş tamaşaçı auditoriyasına təqdim edilib.

Süjet Birinci Qarabağ müharibəsi zamanı ailələrini itirmiş dörd kimsəsiz uşağın taleyi üzərində qurulub. Əhməd baba tərəfindən himayəyə götürülən uşaqlar qaranlıq bir zirzəmidə onun sevgi və qayğısı ilə böyüyürlər. O, uşaqlara doğma nəvələri kimi yanaşır, danışdığı nağıllarla onların yaralı qəlblərinə təsəlli verir, gələcəyə ümid aşılayır.

Müharibə onların taleyində dərin iz buraxsa da, bu dörd körpəni sındırmır. Əksinə, həyatlarına istiqamət verir. Zamanla yolları ayrılsa da, Əhməd babaya və bir-birlərinə verdikləri sözə sadiq qalırlar. Böyüyəndə biri mühəndis, biri həkim, biri tarix müəllimi, digəri isə hərbçi olur. 44 günlük Vətən müharibəsi başlayanda isə hər biri öz sahəsində Vətənə xidmət edərək uşaqlıq arzularını gerçəkləşdirir.

Əhməd babanın vəfatı onların həyatında ikinci dəfə kimsəsizlik hissi yaratsa da, onun öyrətdikləri, danışdığı nağıllar və aşıladığı dəyərlər hər zaman yaddaşlarında yaşayır. Müharibənin bir zamanlar birləşdirdiyi uşaqları tale yenidən bir araya gətirir. Film onların Əhməd babanın məzarını ziyarət etməsi və ona sonsuz minnətdarlıqlarını ifadə etməsi ilə emosional notlarla tamamlanır.

“44 Gün: 4 Sirdaş” vətənpərvərlik, dostluq, sədaqət və insanlıq dəyərlərini ön plana çəkən təsirli ekran əsəri kimi yadda qalır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin