logo
“Qırmızı-qaralar” heyətini fransalı yarımmüdafiəçi ilə gücləndirdi

“Qırmızı-qaralar” heyətini fransalı yarımmüdafiəçi ilə gücləndirdi

“Qırmızı-qaralar” heyətini fransalı yarımmüdafiəçi ilə gücləndirdi “Qırmızı-qaralar” heyətini fransalı yarımmüdafiəçi ilə gücləndirdi

“Qəbələ” transfer “pəncərəsi”nin son günündə heyətinə daha bir futbolçu cəlb edib.

“Qırmızı-qaralar” 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın “Valensiyen” klubundan mövsümün sonuna qədər icarəyə götürüb.

Sonuncu komandası “Valensiyen” olan fransalı futbolçu daha öncə vətənində “Reyms”, Ukraynada “Vorskla”,  Belçikada “Seren” kimi klubların formasını geyinib.

O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin