logo
Ərəb Parlamentinin prezidenti ölkəmizə səfərə gəlib

Ərəb Parlamentinin prezidenti ölkəmizə səfərə gəlib

Ərəb Parlamentinin prezidenti ölkəmizə səfərə gəlib Ərəb Parlamentinin prezidenti ölkəmizə səfərə gəlib

Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahi fevralın 10-da ölkəmizə rəsmi səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Ərəb Parlamenti prezidentinin başçılıq etdiyi nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı, protokol əməkdaşları və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində  Məhəmməd Əhməd Əl-Yammahinin ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, qaşılıqlı əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin