logo
Hava şəraiti ilə bağlı dəmir yolu infrastrukturu gücləndirildi

Hava şəraiti ilə bağlı dəmir yolu infrastrukturu gücləndirildi

Hava şəraiti ilə bağlı dəmir yolu infrastrukturu gücləndirildi Hava şəraiti ilə bağlı dəmir yolu infrastrukturu gücləndirildi

ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı zəruri qabaqlayıcı tədbirlər görür.

Ölkə boyunca dəmiryol vağzal, stansiya və dayanacaqlarında qatarların və sərnişinlərin təhlükəsiz hərəkəti üçün işçi heyəti fasiləsiz çalışır, platformalarda xüsusi örtüklər salınıb.

Hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir. Hava şəraiti sabitləşənədək analoji tədbirlər davam etdiriləcək.

Sərnişinləri platformalarda hərəkət zamanı diqqətli olmağa və dəmiryol xətlərini müvafiq keçidlərdən keçməyə çağırırıq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin