logo
Azərbaycan futzal millisi Danimarka üzərində qələbə qazandı

Azərbaycan futzal millisi Danimarka üzərində qələbə qazandı

Azərbaycan futzal millisi Danimarka üzərində qələbə qazandı Azərbaycan futzal millisi Danimarka üzərində qələbə qazandı

Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyunu keçirib.

Millimiz növbəti dəfə Danimarka yığması ilə qarşılaşıb. Bakı İdman Sarayında təşkil olunan görüş komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Fərid Abbasov (8-ci dəqiqə), Emil Həsənzadə (18), Ədalət Ələkbərov (31) və Rövşən Hüseynli (34) vurublar.

Qeyd edək ki, komandalar arasında yanvarın 22-də keçirilən ilk oyunda Danimarka yığması 4:1 hesablı qələbə qazanıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin