logo
“Fitch Ratings”: Azərbaycanın bank sektoru 2026-cı ilə doğru daha dayanıqlı və güclü mövqedədir

“Fitch Ratings”: Azərbaycanın bank sektoru 2026-cı ilə doğru daha dayanıqlı və güclü mövqedədir

“Fitch Ratings”: Azərbaycanın bank sektoru 2026-cı ilə doğru daha dayanıqlı və güclü mövqedədir “Fitch Ratings”: Azərbaycanın bank sektoru 2026-cı ilə doğru daha dayanıqlı və güclü mövqedədir

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi tərəfindən təşkil olunan “Fitch Qafqaz haqqında: 2026-cı il üçün suveren sektor və bank sisteminin perspektivləri” adlı vebinarda Azərbaycanın bank sektorunun mövcud vəziyyəti və perspektivləri müzakirə edilib. Vebinar zamanı agentliyin nümayəndələri ölkənin bank sektorunda müşahidə olunan müsbət meyilləri və dayanıqlılığın əhəmiyyətli dərəcədə artdığını vurğulayıblar.

“Fitch Ratings”in qiymətləndirməsinə görə, Azərbaycan bankları hazırda adekvat kapitallaşma səviyyəsinə malikdir və Bazel III tələblərinə uyğunlaşmaq üçün kifayət qədər hazırlıqlıdır. Agentlik qeyd edib ki, bank sektorunda tətbiq edilən prudensial nəzarət alətləri pərakəndə kreditləşmənin artım tempini balanslaşdıraraq risklərin azaldılmasına imkan yaradıb.

Bildirilib ki, Azərbaycanın bank sektoru yüksək maliyyələşmə çevikliyi və əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş tənzimləyici çərçivə ilə fərqlənir. Bu amillər sektorun ümumi sabitliyini gücləndirməklə yanaşı, potensial şoklara qarşı davamlılığını da artırır.

Agentliyin rəyinə əsasən, hazırkı mərhələdə Azərbaycan bank sektoru COVID-19 pandemiyasından əvvəlki dövrlə müqayisədə daha dayanıqlı vəziyyətdədir. Bankların gəlirliliyi artıb, risklərin idarə olunması mexanizmləri təkmilləşdirilib və maliyyələşmə mənbələri daha geniş şəkildə şaxələndirilib.

Eyni zamanda vurğulanıb ki, aktivlərin keyfiyyətinə nəzarətin gücləndirilməsi son illərdə bank sektorunda əsas maliyyə göstəricilərinin davamlı şəkildə yaxşılaşmasına şərait yaradıb. “Fitch Ratings” bu meyillərin qorunacağı təqdirdə, sektorun orta müddətli perspektivdə də sabit inkişafını davam etdirəcəyini proqnozlaşdırır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin