https://innews.media/uploads/news/2026-01/_innews_5268dbc37f5ac19b1f01bbfb9_o.jpg
Yanvarın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi, struktur bölmə rəhbərləri, professor-müəllim heyəti və tələbələr 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı Azərbaycan tarixinin faciəli və eyni şanlı səhifələrindən olan 20 Yanvar hadisələri zamanı vətənin azadlığı və milli müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəman övladların əziz xatirəsi yad edilib.
Şəhidlərin məzarları üzərinə tər çiçəklər qoyulub, ruhlarına ehtiram ifadə edilib.