https://innews.media/uploads/news/2026-01/_innews_8c21f26830923d50ad35e45a8_o.jpg
Müğənni Yaşar Cəlilov dinləyicilərə yeni musiqi işi təqdim edib. Sənətçi bu dəfə özünü bəstəkar kimi sınayaraq ilk bəstəsini ərsəyə gətirib.
“Səndən gözləməzdim” adlanan mahnı gözü yolda qalanlara həsr olunub. Pop ballada janrında təqdim edilən bəstənin sözləri tanınmış meyxana ustası Oqtay Kamilə məxsusdur. Mahnının aranjimanı bəstəkar Tərlan Məmmədhüseynov tərəfindən hazırlanıb.
Ekran işi isə rejissor Ali Farhada həvalə olunub. Yaşar Cəlilovun ifasında “Səndən gözləməzdim” mahnısına çəkilmiş klip artıq müğənninin rəsmi YouTube səhifəsində, eləcə də bütün musiqi platformalarında yayımlanır.
Qeyd edək ki, mahnının yayım hüquqları “Mikpro” şirkətinə məxsusdur.