logo
Səfir Qazaxıstanın Baş Prokuroru adından mükafatı təqdim edib

Səfir Qazaxıstanın Baş Prokuroru adından mükafatı təqdim edib

Səfir Qazaxıstanın Baş Prokuroru adından mükafatı təqdim edib Səfir Qazaxıstanın Baş Prokuroru adından mükafatı təqdim edib

Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Alim Bayel Cinayət məsələlərində əməkdaşlığa dair Avropa Konvensiyalarının icrası üzrə Ekspertlər Komitəsinin Sədri, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin Direktoru Adil Əbilova QR-nın Baş Prokurorluğunun “Beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə” qurum medalını təqdim edib.

QR-nın Baş Prokuroru Berik Asılov A.Əbilovu məsləhət xarakterli yardım göstərməsinə və konstruktiv dəstəyinə görə qurum mükafatı ilə təltif edilməsi barədə qərar qəbul edib.

Qazaxıstannın Bakıdakı Səfirliyində keçirilən təltifetmə mərasimində A.Bayel Qazaxıstan–Azərbaycan əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayıb. Diplomat Qazaxıstan Prezidenti K.K. Tokayev tərəfindən “Qanun və qayda” prinsipinə verilən əhəmiyyəti qeyd edib və iki dövlətin hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin vacibliyinə diqqət çəkib.

Öz növbəsində, A.Əbilov göstərilən şərəfə görə Qazaxıstana təşəkkür edib və ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti barədə məlumat verib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin