https://innews.media/uploads/news/2026-01/_innews_4c52da861694dfd0f96bbe046_o.jpg
"Sabirabad Gənclər Evi"nin təşkilatçılığı ilə N. Gəncəvi adına 5 saylı tam orta məktəbdə "Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş ilk maarifləndirici görüş baş tutub.
Tədbir çərçivəsində gənclərə ölkəmizin zəngin memarlıq tarixi, qədim abidələrimizin quruluşu və şəhərsalma mədəniyyətimizin inkişaf mərhələləri haqqında geniş məlumatlar verilib. Görüş gənclərin milli irsimizə olan marağının artırılması və tarixi abidələrimizin qorunması mövzusunda maarifləndirilməsi məqsədi daşıyıb.
Proqramın sonunda gənclərlə interaktiv müzakirə təşkil olunaraq onlardan maraqlı geri dönüşlər alınıb. İştirakçılar ölkəmizdə yerləşən tarixi memarlıq abidələrindən hansına ekskursiya etmək istədikləri barədə öz arzu və təkliflərini yazılı şəkildə bildirib. Bu görüş gənclərin həm estetik zövqünün formalaşmasına, həm də vətənimizin mədəni sərvətlərini daha yaxından tanımasına vəsilə olub.