logo
"BİR KREDİT BOKT" MMC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutub

"BİR KREDİT BOKT" MMC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutub

"BİR KREDİT BOKT" MMC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutub "BİR KREDİT BOKT" MMC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutub

3 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BİR KREDİT BOKT" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 08.12.2025-ci il tarixində başlayıb, 06.01.2026-cı il tarixində bitmişdir.

AZ2002027731 İSİN kodlu istiqrazların Bakı Fond Birjasında yerləşdirilməsi 9 yanvar 2026-cı il tarixində həyata keçirilmişdir.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"BİR KREDİT BOKT" MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2002027731

İstiqraqzların növü və forması

Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu/forması

Kütləvi / Abunə Yazılışı

İstiqrazların sayı

20,000 (ədəd)

İlkin ticarət qiyməti

100 manat

Buraxılış həcmi

2,000,000 manat

İllik gəlirlilik faizi

11.5%

Ödəmə periodu

İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir.

Tədavül müddəti

1 il

Reallaşdırılmış həcm

2,000,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

2,000,000 manat

Hərrac qiyməti

100 manat

İnvestor sayı

68

Sifariş sayı

68

Anderrayter

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin