https://innews.media/uploads/news/2026-01/_innews_c1a8645059ee13f8c9c02d650_o.jpg
Bu gün Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının Kung-Fu Federasiyası ölkəmizdə Kung-Fu və Ushu Sanda idman növlərinin inkişafında xüsusi xidmətləri olan veteran idmançıları “Kung-Fu Federasiyasının Fəxri İdman Xadimi” fəxri fərmanı ilə təltif edib. Tədbirdə Dünya və Avropa çempionları, əməkdar idman ustaları, məşqçilər və Prezident mükafatçıları iştirak etmişlər.
Eyni zamanda, Kung-Fu Sanda döyüş növü üzrə Respublika çempionu, kikboksinq üzrə Dünya çempionu və dəfələrlə K-1 peşəkar döyüşlərin qalibi Ağalar Sadiqzadə federasiyanın peşəkar idmançılardan ibarət yığma komandasının baş məşqçisi təyin olunub.