logo
"Xalq Bank" ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutub

"Xalq Bank" ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutub

"Xalq Bank" ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutub "Xalq Bank" ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutub

24 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Xalq Bank" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 24.12.2025-ci il tarixində başlayıb, 26.12.2025-ci il tarixində bitmişdir.

AZ2002005513 İSİN kodlu istiqrazların yerləşdirilməsi 29 dekabr 2025-ci il tarixində həyata keçirilmişdir.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"Xalq Bank" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2002005513

İstiqrazların növü və forması

Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı

50,000 ədəd

İlkin ticarət qiyməti

100 manat

İstiqrazların buraxılış həcmi

5,000,000 manat

İllik gəlirlilik faizi

9%

Ödəmə Periodu

Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti

2 il

Minimal qiymət

100 (9.0000%) manat

Maksimal qiymət

100 (9.0000%) manat

Kəsmə qiymət

100 (9.0000%) manat

Ortaçəkili qiymət

100 (9.0000%) manat

Reallaşdırılmış həcm

5,000,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

5,000,000 manat

İnvestor sayı

72

Sifariş sayı

72

Anderrayter

“Xalq Kapital İnvestisiya Şirkəti” QSC

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin