logo
ADAU-da “Texnogen qəzalardan müdafiə üzrə maarifləndirici tədbir” keçirilib

ADAU-da “Texnogen qəzalardan müdafiə üzrə maarifləndirici tədbir” keçirilib

ADAU-da “Texnogen qəzalardan müdafiə üzrə maarifləndirici tədbir” keçirilib ADAU-da “Texnogen qəzalardan müdafiə üzrə maarifləndirici tədbir” keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının təşəbbüsü ilə “Hər şey yaxşı olacaq!” devizi altında “Texnogen qəzalardan müdafiə üzrə maarifləndirici tədbir” təşkil olunub.

Tədbir “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı reysi zamanı baş verən qəza nəticəsində həlak olan şəxslərin əziz xatirəsinə həsr edilib.

Tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə qəza zamanı həlak olan Hökümə Əliyevanın valideynləri Cəlil Əliyev və Kəmalə Əliyeva çıxış edərək yaşadıqları ağır faciəni tədbir iştirakçıları ilə bölüşüb, təhlükəsizliyə biganəliyin ağır nəticələrinə diqqət çəkiblər.

Qəza zamanı sağ qalan Toğrul Cəfərov çıxışında fövqəladə vəziyyətlərdə psixoloji durum, ekipaj üzvlərinin peşəkarlığı və fövqəladə hallara hazırlığın həyati əhəmiyyəti barədə şəxsi təcrübəsini bölüşüb.

Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, dosent Eldar Zeynalov texnogen qəzaların səbəbləri, risklərin analizi və preventiv yanaşmalar barədə məlumat verib. Dosentlər Nemət Hacıyev və Siyavuş Vəliyev mülki aviasiyada təhlükəsizlik mexanizmləri, beynəlxalq standartlar və insan amili ilə bağlı çıxış ediblər.

Kafedranın baş müəllimi Abbas İbrahimov hava gəmisinin kapitanı İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyevanın fövqəladə şəraitdə göstərdikləri peşəkarlıq və fədakarlığı elmi və etik aspektdən təhlil edib.

Professorlar Ziyad Abbasov və Qabil Məmmədov hadisəni milli həmrəylik və kollektiv məsuliyyət prizmasından dəyərləndiriblər.

Tədbirin ikinci hissəsində “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə təhsil alan Kamran Qurbanlı, Ümid Mirzəyev, Yusif Quliyev və Məhəmməd Cabbarlı texnogen qəzalar, müdafiə tədbirləri, yanğın təhlükəsizliyi və ilkin tibbi yardım mövzularında məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda yanğınsöndürmə vasitələrindən istifadə üzrə praktiki məşğələlər keçirilib, iştirakçılara təhlükəsiz davranış bacarıqları əyani şəkildə nümayiş etdirilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin