https://innews.media/uploads/news/2025-12/_innews_34eccd739152a6d85ffde3644_o.jpg
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Amnistiya Aktının icrası prosesi beynəlxalq təşkilatlar tərəfindən də müşahidə olunub və bu proses beynəlxalq medianın diqqətində saxlanılıb.
"innews media" xəbər verir ki, icra prosesində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da iştirak edib.
Beynəlxalq müşahidəçilər tərəfindən qeyd olunub ki, dövlətin insan hüquqlarına yanaşmada nümayiş etdirdiyi ali qayğı və humanist siyasət mütərəqqi və uğurlu nümunə kimi qiymətləndirilir. Amnistiya təşəbbüsü Azərbaycan dövlətinin hüquq və azadlıqların təmininə verdiyi önəmin bariz göstəricisi kimi beynəlxalq ictimaiyyətə təqdim olunub.
Qeyd edilib ki, bu cür humanist addımlar cəmiyyətin sosial reinteqrasiyasına, hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsinə və insan hüquqlarının effektiv müdafiəsinə mühüm töhfə verir.